!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Rəşad Sadıqov kuboku niyə qaldırmadı? - Kapitandan nümunəvi addım

!Reklam – Yazi

Azərbaycan Premyer Liqasında 2017/2018 mövsümünün qalibi olan “Qarabağ” ötən gün “Qəbələ” ilə keçirilən oyundan sonra çempionluq kubokuna qovuşdu.

Yenicag.az xəbər verir ki, mükafatlandırma mərasimində Ağdam təmsilçisinin kapitanı Rəşad Sadıqov nümunəvi addımı ilə yadda qalıb.

Belə ki, kapitan kuboku başı üzərinə qaldırmaq əvəzinə, bu missiyanı “Qarabağ”da son oyununu keçirən Riçard Almeydaya həvalə edib.

Bunun üçün təcrübəli futbolçu mükafatlandırma mərasimi zamanı aparıcıya yaxşınlaşaraq kürsüyə Riçard Almeydanı dəvət etməsini istəyib. Kubok təqdim olunanda isə Almeyda göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, 6 ildir “Qarabağ”da çıxış edən millimizin üzvü Ağdam klubu ilə başa çatan müqaviləni yeniləməyib.

www.yenicag.az

2608
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv