!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəsmi Bakıdan İrəvana üç ŞƏRT: “Ermənistan Azərbaycanın bu tələblərini yerinə yetirəcək”

!Reklam – Yazi

“Ermənistan Azərbaycanın üç tələbini yerinə yetirəcək, çünki başqa şansları yoxdur”.

Bu fikri Yenicag.az-a açıqlamasında Ermənistanla Azərbaycan arasındakı siyasi gərginliyi dəyərləndirən politoloq Yusif Bağırzadə deyib.

Yusif Bağırzadənin sözlərinə görə, Ermənistan sülhə gəlməyə məcbur olacaq.

“Paşinyan bəyanat verdi ki, konstitusiya dəyişikliyinə getməlidirlər. Hətta qeyd edirdi ki, hazırkı konstitusiya ilə Azərbaycanla sülh müqaviləsi imzalaya bilməzlər. Sonradan Paşinyana təzyiqlər oldu. Sonradan Simonyan bəyanat verdi ki, konstitusiya dəyişikliyinə gedəcəkdik, bu Azərbaycan və Türkiyənin təzyiqinə görə deyil.

Prezident İlham Əliyev bildirdi ki, Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 80-90 faiz işlər görülüb. Yalnız 3 şərt var ki, ona əməl edilməlidir. Birincisi, Ermənistan konstitusiyasının dəyişdirilməsi, ikincisi, ATƏT-in Minsk qrupunun ləğv edilməsi və üçüncüsü Qərbi Azərbaycandan olan qaçqınların öz torpaqlarına qayıtmasıdır”, – deyə o əlavə edib.

Politoloq vurğulayıb ki, Ermənistan mütləq şəkildə konustitusiya dəyişikliyinə gedəcək.

“İranda islahatçı Məsud Pezeşkian hakimiyyətə gəldi. Bu o deməkdir ki, İran da Ermənistanla mövqeyinə yenidən baxacaq. Delimitsaiya məsələsi yolunda gedəcək. Ancaq Ermənistana təsir edən ölkələr var ki, onlar çalışacaqlar gərginlik artsın.

Azərbaycanla Ermənistan arasında çərçivə sazişi imzalana bilər. Ancaq nəzərə almaq lazımdır ki, Ermənistana kilsə, diaspora təşkilatları təsir edir”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

472
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv