!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəsmi İrəvandan Rusiyaya diplomatik demarş: “Bu, sonda toqquşmaya səbəb olacaq”

!Reklam – Yazi

“İrəvan Qərbin dəstəyini görərək Moskvanın orbitindən uzaqlaşmaq istəyir”.

Bunu Yenicag.az-a açıqlamasında Rusiya XİN rəhbəri Sergey Lavrovun Zəngəzur dəhlizi ilə bağlı İrəvan bəyanatına Ermənistan XİN mətbuat katibi Ani Badalyanın reaksiyasını şərh edən politoloq Qulamhüseyn Əlibəyli deyib.

Onun sözlərinə görə, Ermənistanın belə bir reaksiya verməsində təbii olaraq Cənubi Qafqaza daxil olmaq istəyən ABŞ və digər Qərb ölkələrinin rolu var.

“Düzdür, bir zamanlar Rusiya-Ermənistan münasibətləri yüksək səviyyədə olub. Lakin indi hər şey dəyişib və son dərəcə kəskinləşib. Belə olan halda, nə Rusiyanın, nə də Ermənistanın vasitəçilik təşəbbüsləri bir-birinə uyğun gəlməyəcək.

Rusiya hazırda Cənubi Qafqazda qalmaq üçün hər vasitə ilə Ermənistanı sıxışdırmağa çalışır. İrəvan isə Qərbin dəstəyini görərək, Moskvanın orbitindən uzaqlaşmaq istəyir. Nəticədə isə indi şahidi olduğumuz kimi, söz dueli gedir. Qarşılıqlı şəkildə bir-birini ittiham edirlər. Bunun adı isə indidən sonra bir müddət də davam edəcək diplomatik demarşlardır.

Ermənistanın ABŞ ilə birgə keçirdiyi təlimlər və Qərbi regiona gətirmə istəyi sonda toqquşmaya səbəb olacaq. Lakin hələ ki, bu toqquşma söz oyunu səviyyəsində gedir”, – deyə politoloq bildirib.

Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan hakimiyyətinin Zəngəzur bölgəsi üzərindən nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı təxribat törətməsi ilə bağlı sözləri reallığa uyğun gəlmir.

Badalyan deyib ki, Rusiya XİN rəhbərinin dünənki bəyanatı nəinki açıq-aşkar təəssüf doğurur, həm də Rusiya Federasiyasının Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması prosesində konstruktiv iştirakını şübhə altına alır.

Xatırladaq ki, bir gün əvvəl Lavrov İrəvanın Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşmanı sabotaj etdiyini, Rusiya isə iki ölkə arasında tezliklə sülhün əldə olunmasının tərəfdarı olduğunu deyib.

“Təəssüf ki, Ermənistanın Sünik (Zəngəzur – red.) bölgəsi ilə əlaqəyə gəldikdə, baş nazir Nikol Paşinyanın imzaladığı sazişi sabotaj edən məhz Ermənistan rəhbərliyidir. Belə bir mövqenin mənasının nə olduğunu anlamaq çətindir”, – deyə Lavrov bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

549
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv