Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rəsmi Pxenyan: "Razılıq əldə edilməməsinin səbəbi Pompeodur"

ABŞ-ın dövlət katibi Maykl Pompeonun bu yaxınlarda Şimali Koreyanın ünvanına səsləndirdiyi fikirlər Pxenyan və Vaşinqton arasında dialoqun bərpasını çətinləşdirir.

Yenicag.az xəbər verir ki, bu barədə KXDR Xarici İşlər nazirinin birinci müavini Tsoy Son Hi bildirib.

Məmurun sözlərinə görə, Maykl Pompeo öz çıxışında Şimali Koreyanın fəaliyyətini “dələduzluq” adlandırıb. “Belə bəyanatlar yersiz, qıcıqlandırıcı və təhqiramizdir”, – Tsoy Son Hi belə deyib.

Xatırladaq ki, ABŞ və KXDR arasında ilk sammit 2018-ci il iyulun 12-də Sinqapurda baş tutub. Donald Tramp və Kim Çen In sammitin nəticələrinə əsasən, birgə bəyanat imzalayıb. Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirib, Birləşmiş Ştatlar isə buna cavab olaraq KXDR-ə təhlükəsizlik zəmanəti vəd edib. Aradan bir ildən çox vaxt keçsə də, Şimali Koreyanın nüvə proqramından imtina etməsi istiqamətində yalnız cüzi irəliləyiş baş verib./AZƏRTAC/

www.yenicag.az

493
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100