!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəsmi statistika, utopik açıqlama - İşsizlərin sayı məsələsinə ekspert baxışı

!Reklam – Yazi

Dövlət Statistika Komitəsi 2018-ci ilin yanvar-avqust ayına ölkə üzrə qeydə alnan işsizlərin sayını açıqlayıb.

Bu ilin 8 ayında ölkədə rəsmi surətdə işsiz kimi qeydiyyatdan keçənlərin sayı 35 min 440 nəfər olub. Komitənin hesablamalarına görə, ölkədə ən çox işsiz Bakı şəhərindədir. Paytaxtda 18 553 nəfər işsiz var ki, bu da ümumi işsizlərin 52%-idir. Sumqayıtda isə 1 266 nəfər işsiz qeydə alınıb. Ən az işsiz olan rayonlara gəlincə, rəsmi məlumata görə, Tovuz rayonu (6 nəfər), Goranboy rayonu (4 nəfər), Ağıstava rayonu (3 nəfər), Daşkəsən rayonu (3 nəfər), Balakən rayonu (3 nəfər), Qəbələ rayonu (3 nəfər), Astara rayonu (1 nəfər), Qusar rayonu (1 nəfər), Beylaqan rayonu (1 nəfər), Ağcabədi rayonu (1 nəfər) ilk onluqda yer alır.

Rəsmi statistikadan əlavə, millət vəkili Aydın Hüseynov bildirib ki, yaxın gələcəkdə Azərbaycanda işçilərə ehtiyac yaranacağı üçün ölkəyə xarici ölkələrdən insanlar dəvət ediləcək.

Dövlət Statistika Komitəsinin işsizlərin sayı barədə hesabatı və millət vəkilinin birmənalı qarşılanmayan fikrinə iqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-da münasibət bildirib.

Natiq Cəfərlinin sözlərinə görə, beynəlxalq standartlardan fərqli olaraq Azərbaycanda ancaq işsizliklə bağlı rəsmi müraciət edən şəxslər işsiz sayılır:

“Bu kökündən yanlış yanaşmadır. Dünya təcrübəsi də göstərir ki, bu belə olmamalıdır. Belə yanaşmanın nəticəsi olaraq da gülməli rəqəmlər ortaya çıxır. Əslində vəziyyətin necə acınacaqlı olduğunu sübut edən başqa rəqəmlər də var. Azərbaycanda təqribən 5,6 milyon nəfər əmək qabillətlidir. Rəsmi qeydiyyatdan keçən, sosial sığorta ödəyən insanların sayı isə 1 milyon 700 minə yaxındır. Bunun da 930 minə yaxını dövlət işində çalışır. Yerdə qalan 630-650 minə yaxın insan isə özəl sektorda çalışır. Bunlar rəsmən qeydiyyatdan keçmiş, iş yerləri olan insanlardır. Əkin sahəsi olan 800 minə yaxın insanı da ailəsilə birlikdə dövlət özünün iş yeri olan insan kimi görür. Bunları da rəsmən işləyənlərin üzərinə əlavə etsək, təqribən 2,5-3 milyon insan işləmiş insan olur. belə olan halda, yenə də 2,5 milyon insanın işsiz olduğu üzə çıxır. Bütün dünyada statistika bu cür aparılır. Sırf ərizə yazmaqla işsiz statusu almaq gülüncdür”.

Millət vəkilinin xaricdən işçi transfer edilməsi fikrinə münasibətdə isə iqtisadçı ekspert bunları deyib:

“Əslində Azərbaycan əmək bazarı bu qədər cəlbedici olsa, belə açıqlamalara da ehtiyac qalmaz. Azərbaycanın işçi qüvvəsinin böyük əksəriyyətinin Rusiya, Türkiyə, Ukraynada işlədiyini nəzərə alsaq, əgər ölkəmizdə iş yerləri boldursa, elə gəlib öz vətənlərində işləyərlər. Biz bunu görmürüksə, millət vəkilinin dediyi absurd açıqlamadan başqa bir şey deyil”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

1772
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv