Rəsul Çunayev finalda

media-hightechnic-468x90

f0d9606b0a7a8e5d90eea24bcfda1022Bakı-2015″ I Avropa Oyunlarında yunan-Roma güləşi üzrə yarışlara start verilib.

Yenicag.az qol.az-a istinadən xəbər verir ki, 59, 71, 80 və 98 kq çəki dərəcələrində xalçaya çıxan Azərbaycan güləşçilərindən ilk olaraq Orxan Nuriyev mübarizəyə qoşulub.

98 kq çəki dərəcəsində çıxış edən idmançımız təsnifat mərhələsində isveçli Teodoros Tounosidislə qarşılaşıb.

Orxan rəqibini 4:1 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. Bu mərhələdə İsveç güləşçisi Teodoros Tunusidis ilə qarşılaşan təmsilçimiz rəqibinə 4:1 hesabı ilə qalib gəlib.
59 kq çəki dərəcəsində Elman Muxtarov 1/8 finalda gürcüstanlı Gizo Meladze ilə görüşüb. Rəqibini 5:3 hesabı ilə məğlub edən idmançımız növbəti mərhələdə norveçli Stiq-Andre Berqe ilə üz-üzə gəlib. 7:6 hesabı ilə qalib gələn idmançımız yarımfinala çıxıb. O, yarımfinalda Rusiyanın təmsil edən Stepan Maranyanla qarşılaşın və 3:11 hesabı ilə məğlub olub. E.Muxtarov bürünc medal uğrunda mübarizəni davam etdirəcək.

71 kq çəki dərəcəsində güləşçimiz Rəsul Çunayev də yarışa 1/8 finaldan start verib. O, moldovalı Daniel Kataraqa qalib gələrək 1/4 finala yüksəlib. Güləşçimizin mövbəti mərhələdə rəqibi Xorvatiya güləşçisi Dominik Etlinger olub. Təmsilçimiz qələbə seriyasını davam etdirərək, rəqibini 4:0 hesabı ilə məğlub edib. R.Çunayev yarımfinalda Svilen Kostadinovlana (Bolqarıstan) 10:0 hesabı ilə qalib gəlib.

80 kq çəki dərəcəsində 1/8 finalda Mixael Vaqnerə (Avstriya) 11:0 hesabı ilə qalib gələn Rafiq Hüseynov növbəti mərhələdə Daniel Aleksandrova (Bolqarıstan) qarşılaşıb. O, 10:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600