!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rezonanslı AĞDAM SƏFƏRİ: “Bu, son dövrlərdə atılmış ən önəmli addımlardan biridir” - Arif Əliyev

!Reklam – Yazi

“Əgər söhbət milli maraqlardan gedirsə, burada bölgüçülük aparmağa heç bir əsas yoxdur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında işğaldan azad edilmiş ərazilərə təşkil edilən səfərlərin tərkib etibarilə müxtəlif olmasına münasibət bildirən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev səsləndirib.

Arif Əliyev qeyd edib ki, belə səfərlərin təşkili hakimiyyətə heç bir problem yaratmır, əksinə, fərqli media dairələri ilə əlaqələrinin normallaşmasına yardımçı olur:

“Bu cür səfərlərin davamlı olacağına şübhə etmirəm. Çünki qarşıda Qarabağla bağlı görüləcək miqyaslı işlər var və bu işlərin həyata keçirilməsində hökumətə dəstək lazım olacaq.

Digər tərəfdən, bu cür səfərlər və belə işıqlandırmalar Azərbaycanla onun diasporu arasında vahidliyin təmin olunması üşün də lazımdır. Buna görə də düşünürəm ki, bu səfərlər davam edəcək.

Bundan əlavə, dəvət olunmuş qrupun tərkibi jurnalistlərin siyasi baxışlarına görə müxtəlif idi. Əlbəttə, bu, çox müsbət addım idi. Bunu mən son dövrlərdə atılmış ən önəmli addımlardan hesab edirəm.

Bu, göstərdi ki, belə səfərlər nəinki hakimiyyətə heç bir problem yaratmır, əksinə onun müxtəlif media dairələri ilə əlaqələrinin normallaşmasına yardım göstərir. Əgər söhbət milli maraqlardan gedirsə, burada bölgüçülük aparmağa heç bir əsas yoxdur”.

Aqil Bəkir

www.yenicag.az

523
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv