Robben karyerasını başa vurdu

media-hightechnic-468x90

Almaniyanın “Bavariya” klubundan ayrılan məşhur hollandiyalı futbolçu Aryen Robben karyerasını başa vurub.

Yenicag.az xəbər verir ki, hollandiyalı cinah oyunçusu 35 yaşında peşəkar futbolla vidalaşıb. O bildirib ki, bu qərarı onun üçün çətin olub.

“Peşəkar futbolçu karyeramı başa vurmaq qərarına gəldim. Heç şübhəsiz ki, karyeram ərzində verdiyim ən çətin qərar idi. Bu qərarı həm ağlım, həm də ürəyimlə qəbul etdim”, – deyə futbolçu bildirib.

Qeyd edək ki, Robben karyerası ərzində “Bavariya”dan başqa, Hollandiyanın “Qroningen”, PSV, eləcə də İngiltərənin “Çelsi” və İspaniyanın “Real Madrid” klublarının formasını geyinib. O, Hollandiya millisində 97 oyuna 39 qol vurub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600