Ronaldo rekordunu yenilədi

media-hightechnic-468x90

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo millinin heyətində qolların sayına görə dünya rekordu qırıb. O, buna İspaniya millisi ilə UEFA Millətlər Liqasının finalındakı (2:2, 5:3-pen.) qolu ilə nail olub.

Yenicag.az xəbər verir ki, Ronaldo millinin heyətində 138-ci qolunu vuraraq dünya rekordunu yeniləyib.

Bu göstəricidə ikinci yerdə millinin heyətində 112 qolu olan argentinalı hücumçu Lionel Messi qərarlaşıb.

Qeyd edək ki, Ronaldo Portuqaliya millisi ilə üçüncü kubokunu qazanıb. O, 2019-cu ildə Millətlər Liqasında da yarışıb, 2016-cı ildə isə Avropa çempionatının qalibi olub.

40 yaşlı hücumçu həm də UEFA Millətlər Liqasının finalı tarixində ən yaşlı iştirakçısı olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600