“Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri “Davam” Gənclər Hərəkatının qonağı oldu - FOTO

media-hightechnic-468x90

19 mart 2021-ci il tarixində “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin – Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) rəhbəri İrek Heydəroviç Zinnurov “Davam” Gənclər Hərəkatının mərkəzi ofisi olan Bakı Dayaq Mərkəzində olub.

Bir neçə saat davam edən görüş zamanı İrek Zinnurovla “Davam” Gənclər Hərəkatının baş katibi Nigar Aslanova, İdarə heyətinin üzvü Sabir Rüstəmov, Davamlı İnkişaf Mərkəzinin direktoru Niyaz Əliyev arasında səmimi söhbət baş tutub. Söhbət əsnasında hər iki tərəf gələcək fəaliyyət planları ilə bağlı danışıqlar aparıb, eləcə də qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə edilib.

Qeyd edək ki, İrek Heydəroviç Zinnurov Rusiya Federasiyası Dövlət Dumasının sabiq deputatı, “Yedinaya Rossiya” siyasi fraksiyasının üzvü, Olimpiya Oyunlarının ikiqat mükafatçısı, dünya və Avropa çempionatı mükafatçısı, su polosu üzrə Rusiyanın Əməkdar idman ustasıdır.

İrek Zinnurov səmimi söhbətdən sonra mərkəzlə və Katibliyin heyəti ilə də tanış olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600