Rövnəq Abdullayev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb

media-hightechnic-468x90

8afb12bf-1e1a-4420-b010-cfca89fb8854_292Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Fransanın paytaxtı Parisdə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerlə görüşüb.

“Report” xəbər verir ki, görüş Azərbaycan yığmasının da iştirak etdiyi “Böyük dəbilqə” yarışı çərçivəsində keçirilib.

M.Vizer görüşdə R.Abdullayevi yeni vəzifəyə seçilməsi münasibətilə təbrik edib və Azərbaycanda dövlət səviyyəsində idmana qayğını yüksək qiymətləndirib.

Beynəlxalq Cüdo Federasiyasının prezidenti, həmçinin bu il ölkəmizdə keçirilən birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyini vurğulayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600