Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Qarabağ FC

Rövşanə: "Nə korona, nə morona deyənlərlə az qalıram qırğına çıxım"

“Bu da bir imtahandır. Məmləkətim bu imtahandan çıxacaq, buna inanıram. Sadəcə, insanlar buna əməl edib, evdə qalsınlar”.

Yenicag.az-a açıqlama verən tanınmış aparıcı Rövşanə Ağasəfqızı koronavirusun bəzi insanlara dərs olacağını bildirib:

“Həyat nə gözəl imiş, bəzəkli-düzəkli günlərimizin qədrini bilək. Gecə eyvanda şəhərə baxa bilmirəm, ürəyim ağrıyır. Dünən ağlamaq tutmuşdu məni. Hanı qaynar Bakım, insandolu şəhərim? Daha qədrini biləcəyik indən belə. Çünki çoxları fironlaşmışdı. Bəzilərinin gözləri ayaqlarının altını görmürdü.
İndi o qaynar həyatın xatirəsində qovruluruq. Şəhərdə çox əsəbi oluram. Əşi, boş şeydir, nə korona, nə morona deyənlərlə az qalıram qırğına çıxım. Belə deyənlər cahil insanlardır”.

Cəvahir

www.yenicag.az

1402
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100