Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rövşən Əhmədli Milli Şuradan çıxdı

Reklam: High Technic

“Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı”nın sədri Rövşən Əhmədli Milli Şuradan çıxıb.

Yenicag.az xəbər verir ki, bu barədə R. Əhmədli özünün “facebook” səhifəsində məlumat yayıb.

O bildirib ki, son zamanlarda Milli Şuranın Koordinasiya Mərkəzində baş verən arzuolunmaz hadisələr, sosial şəbəkələrdə geniş müzakirə olunan mübahisəli məqamlar, ictimaiyyətin, vətəndaş cəmiyyətinin müxtəlif təbəqələrinin bu hadisələrə münasibəti onu dərindən narahat edib.

“Milli Şurada baş verənlərə görə hədsiz dərəcədə üzgünəm. Milli Şurada qalmağı mümkünsüz , faydasız hesab edir və acı təəssüf hissi ilə bu gündən Milli Şuranı tərk edirəm. Milli Şuranı tək etsəm də, demokratik, hüquqi dövlət quruculuğu uğrunda mübarizəmiz davam edir və bu mübarizədə hamıya uğurlar diləyirəm”, – deyə R. Əhmədli qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl Eldəniz Quliyev, Rafiq Manaflı və Namizəd Səfəron da Milli Şuradan istefa verib.

Loading...

www.yenicag.az

328
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100