Röya Ayxandan YENİ XƏBƏR: “Nuş olsun” – VİDEO/FOTOLAR
Azərbaycanın Xalq artisti, müasir estrada musiqisinin sevilən siması Röya Ayxan yeni klipini tamaşaçıların ixtiyarına verib.
Müğənninin fərqli tərzdə təqdim etdiyi yeni mahnı “Nuş olsun” adlanır.
Yenicag.az xəbər verir ki, bəstənin sözlərini tanınmış şair Altay Yaşar, musiqisini Fərid Kərimli bəstələyib.
Klipin rejissoru peşəkar ekran işləri ilə seçilən Cəlal Kəngərli, prodüseri isə Kənan Bayramovdur.
Röya Ayxanın səhnə obrazı üzərində isə ölkənin aparıcı stilistlərindən biri – Elnur Həsənov çalışıb.
“Nuş olsun” klipi artıq müxtəlif rəqəmsal platformalarda yayımlanıb və ilk gündən etibarən izləyicilər tərəfindən böyük maraqla qarşılanır.
Cəvahir