“Röya həmin adamlara zəng edib tapşırdı ki...” – Əminənin yolunu KİM KƏSİB?
“Röya həmin adamlara zəng edib tapşırdı ki, o qızın qarşısını kəsməyin”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Əminə Şirin “Gün ortası” verilişində deyib.
Vaxtilə yolunu kəsən, onu efirlərə qoymayan aparıcılardan danışan müğənni çətin vaxtlarında xalq artisti Röyanın ona dəstək olduğunu bildirib:
“Bu dəqiqə mənə elə aparıcılar salam verir ki, vaxtilə anamın göz yaşlarına səbəb olublar. O qədər yolumu kəsiblər ki… Səbəb də bu idi ki, onların qarşısında baş əyməmişəm. Heç vaxt çörəkitərən qız olmamışam. Allah Röyanın canını, balasını saxlasın. Mənimlə “Yenə gəldi yaz ayları” mahnısını duet oxuyandan sonra efirlər məni çağırmırdılar. Röya o adamlara zəng etdi ki, siz məni dinləyirsiniz, mən onu. O qadının sənəti var, övladı var, onun qarşısını kəsməyin”.
Nehru