“Mənim uşaqlıq şəklim yoxdur. Atam və anam ömür boyu dava ediblər, boşanıblar. Heç birinin ağlına gəlməyib ki, bir dəfə də olsun bu uşaqların şəkillərini çəkim ki, böyüyəndə onları kiməsə göstərsinlər. Oğlum Hüseynə göstərəcək uşaqlıq fotom yoxdur”.
Yenicga.az xəbər verir ki, bu sözləri xalq artisti Röya Ayxan qonaq olduğu “Elgizlə izlə” verilişində deyib:
“Hüseynə deyirəm ki, 9-cu sinifdə oxuyursan, “vnetka” şəkil çəkdirərsən. Hara gedirəmsə, onun şəkillərini və videolarını çəkirəm. Çünki o, indi uşaqdır, anlamır, amma böyüyəndən sonra ona lazım olacaq”.
Röya Ayxan bildirib ki, dünyanın ən xoşbəxt qadınıdır: “Mən o qədər rahatam. Çünki bütün həyatımı istəyərək yaşamışam. Əgər birini sevmişəmsə, ayrılanda da əziyyət çəkmişəmsə, onu da insanlarla birgə yaşamışam. Ayıb deyilən bir şeyim yoxdur. Hamı nəyin necə olduğunu bilir. Sevginin ən lüksunu və ən pisini yaşaya bilərəm. Dava da etsəm, ən pisini və ən yaxşısını edə bilərəm.
Mən də hamı kimi normal bir insanam. Sadəcə olaraq, Allah məni yaradanda deyib ki, sənə bu taleyi yazıram, get ailənlə xoşbəxt ol. Dünyanın ən xoşbəxt qadınıyam”./Teleqraf.com/
www.yenicag.az