Ruhəngiz Musəvi GİZLİNLƏRİ AÇDI: "Ondan ayrılanda ağır stres yaşadım, hətta özümə..."
“Bu ayrılıqdan sonra çox ağır stres yaşadım”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, Əməkdar artist Ruhəngiz Musəvi “Həftənin qonağı” verilişində deyib.
Müğənni şəxsi həyatı ilə bağlı gizlinləri açıqlayıb:
“İkinci həyat yoldaşımla çox xoşbəxt idim. O məndən yaşca kiçik idi, amma mən də həmişə yaşımdan çox gənc görünmüşəm. Birinci həyat yoldaşımdan özüm ayrıldım, amma ikinci həyat yoldaşım özü məni qoyub getdi. Türkiyədə yaşayır. Bu ayrılıqdan sonra çox ağır stress yaşadım. İnanmırdım, onsuz yaşaya bilərəm. Hətta bir müddət qayınanam gəlib mənim yanımda qaldı. Çünki elə bilirdilər, özümə nəsə edə bilərəm, o dərəcədə ayrılığı pis keçirdim. O mənim həm də dayağım idi”.
Nehru












