Rumıniyada keçirilən yarmarkada Azərbaycan da təmsil olunub

media-hightechnic-468x90

14179802926075513856_750x500Beynəlxalq Qadınlar Assosiasiyasının (IWA) Buxarestdə təşkil etdiyi “Qış Xeyriyyə Yarmarkası – 2014” də ölkəmizin Rumıniyadakı səfirliyi, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının dəstəyi ilə Azərbaycan guşəsi yaradılıb.

Azərbaycanı tədbirdə IWA üzrə əlaqələndirici və Assosiasiyanın aylıq jurnalının redaktoru Mənzər Hüseynli, IWA-nın internet səhifəsinin koordinatoru Samirə Əjdərova və Rumıniyada fəaliyyət göstərən diasporumuzun üzvləri təmsil ediblər.

Ölkəmizin tarixi abidələrini, mədəni irsini, adət-ənənələrini, folklor və ədəbiyyatını əks etdirən suvenirlər, kitablar, habelə yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları, “Az-Granata” MMC-nin müxtəlif sort üzümlərdən hazırlanmış şərablarından ibarət Azərbaycan guşəsi marağa səbəb olub. İştirakçılar Azərbaycan milli mətbəxinin ləziz yeməklərindən və şirniyyatlarından dadıblar. Milli musiqilərimiz və rəqslərimiz diqqəti xüsusilə cəlb edib.

İki hissədən – sərgi və konsertdən ibarət yarmarkada əldə edilən gəlir uşaq evlərinə və müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə sərf olunacaq.

Yarmarkada 40-a yaxın ölkədən nümayəndələr iştirak ediblər.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600