Millət vəkili Gövhər Baxşəliyevanın rus bölməsi ilə bağlı səsləndirdiyi fikirlərə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli cavab verib.
Yenicag.az xəbər verir ki, Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında millət vəkili Əli Hüseynli həmkarı Gövhər Baxşəliyevanın çıxışının onun şəxsi mövqeyi olduğunu bildirib.
Əli Hüseynli qeyd edib ki, son vaxtlar rus bölməsinə marağın olması Azərbaycan üçün problem ola bilməz:
“Gövhər Baxşəliyevanın səsləndirdiyi fikirlər onun şəxsi mövqeyidir və bu, cəmiyyətin mövqeyi ola bilməz. Biz vətəndaşın seçiminə hörmət etməliyik. Gövhər Baxşəliyevanın səsləndirdiyi fikirlər vətəndaş cəmiyyətinin mövqeyinə qarşı çıxmaqdır”.
Millət vəkili bildirib ki, rus dilinə qarşı deyil, lakin bu dilin xarici dil kimi tədris edilməsinin tərəfdarıdır:
“Rus dili böyük xalqın dilidir. Rusiya Azərbaycanın strateji müttəfiqidir. Ancaq rus dili digər dillər kimi xarici dil kimi tədris edilməlidir. Azərbaycan uşaqlarının birinci sinifdən rus bölməsinə verilməsi kökündən yanlışdır və təcili surətdə bunun qarşısı alınmalıdır. Necə olur ki, Arazın o tayındakı soydaşlarımız öz ana dillərində təhsil almaq üçün mübarizə aparırlar, biz isə könüllü şəkildə öz dilimizdən imtina edirik”.
Gövhər Baxşəliyeva qeyd edib ki, bu məsələni sovet dövrü ilə müqayisə edirlər, ancaq Azərbaycan sovet dövründə müstəqil deyildi.
www.yenicag.az