Rus ordusu bu istiqamətdə darmadağın edildi

media-hightechnic-468x90

Rusiya ordusunun Zaporojye istiqamətində hücumu uğursuzluqla nəticələnib, hərbi texnikaları məhv edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 118-ci əlahiddə briqadasından məlumat verilib.

“Rusiya ordusu Malaya Tokmaçka kəndi yaxınlığında tank, PDM, BTR və bir neçə “Tiqr” zirehli avtomobilindən ibarət 26 hərbi texnikanın dəstək verdiyi iki motoatıcı bölüyü ilə hücuma keçib. Hücum bir neçə dalğadan ibarət olub və hər hücumda 5-8 arası texnika iştirak edib. Döyüşlər zamanı rusların 2 tankı, 12 PDM-i, 6 BTR-i və 2 “Tiqr” zirehli avtomobili məhv edilib. Nəticədə ruslar geri çəkilib”, – məlumatda qeyd olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa