Rusiya 3700 hərbçini əsirlikdən geri qaytarıb
Rusiya artıq 3700 hərbçini əsirlikdən geri qaytarıb.
Yenicag.az bildirir ki, bunu Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova Prezident Vladimir Putinlə görüşündə bildirib.
Qeyd edək ki, mayın 8-də ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Rusiya ilə Ukrayna arasında “1000-in 1000-ə” formatında əsir mübadiləsi formatında razılıq əldə olunub.












