“Rusiya ABŞ-a hücum etməyə hazırlaşır”

media-hightechnic-468x90

ddrrtABŞ ordusunun Baş qərargah rəisi Martin Dempsi Rusiya ordusunun 2008-ci ildən etibarən döyüş hazırlığı istiqamətində sürətlə silahlandığını bildirib.

Koloradoda açıqlama verən Dempsi rus ordusunun müharibəyə hazırlaşdığından narahat olduğunu qeyd edib. Onun sözlərinə görə, rəsmi Moskva uzaqmənzilli raketlərin təkmilləşdirilməsi və “Kruis” raketləri kimi strateji silahların yenilənməsinə çalışır.
Qərargah rəsinin sözlərinə görə, Rusiya nəinki Şərqi Avropa, hətta digər qitələrə, eyni zamanda ABŞ-a istiqamətlənə bilən silahların istehsalı və təkmilləşdirilməsi ilə məşğuldur.

Xatırladaq ki, ABŞ-ın Hərbi Hava Qüvvələrinin Asiya-Sakit Okean bölgəsinin komandanı general Herbert Karlisl may ayında verdiyi açıqlamada Rusiyanın strateji bombardmançı təyyarələrinin Kaliforniya sahillərinə qədər gəldiyini və ABŞ-ın Quam adası üzərində uçduğunu iddia etmişdi. Bundan sonra Rusiya Müdafiə Nazirliyi ABŞ-ın bu iddialarını təkzib etmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600