Rusiya bölgəyə qayıtmaq istəyir
Moskva və Dəməşq Rusiyanın Suriyadakı mövcudluğunu və respublikada Rusiya hərbi obyektlərinin yenidən qurulmasını müzakirə edir.
Yenicag.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova açıqlayıb.
Onun sözlərinə görə, bu təmaslar bağlı qapılar arxasında aparılır: “Suriya ilə ikitərəfli gündəliyimiz Rusiya-Suriya əməkdaşlığı ilə bağlı məsələlərin geniş spektrini əhatə edir. Rusiya hərbi obyektlərinin mümkün restrukturizasiyası kontekstində Suriya Ərəb Respublikasındakı hərbi mövcudluğumuz da müzakirə olunur. Təbii ki, belə məsələlər və təmaslar bağlı qapılar arxasında aparılır”, – diplomat deyib./unikal