“Rusiya bu “məhvetmə müharibəsi” ilə vaxt qazanmağı hədəfləyir” – Markus Raynser

media-hightechnic-468x90

“Müharibənin davam etməsinə şərait yaradan əsas amil də məhz budur”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsində Kremlin perspektiv üçün gerçəkləşdirməyə çalışdığı məqsədlərdən danışan hərbi ekspert Markus Raysner deyib.

Onun sözlərinə görə, Rusiya Ukraynadakı hərbi məqsədlərindən əl çəkməyib və bu, İstanbuldakı son danışıqlarda aydın şəkildə özünü göstərdi.

“Danışıqlar, əsasən, vaxt udmaq məqsədi daşıyır. Nümayəndə heyətlərinin tərkibinə baxanda, Rusiya tərəfinin Ukraynaya nisbətən daha az səlahiyyətli şəxslər göndərdiyi görünür. Üstəlik, ruslar Ukrayna nümayəndələrinin qaldırdığı vacib məsələlərə, demək olar ki, məhəl qoymurlar. Bununla belə tərəflərin görüşü müsbət hal kimi dəyərləndirilir. Çünki gələcək danışıqların səmərəli və nəticəyönümlü olması üçün nümayəndə heyətlərinin daha uyğun və səlahiyyətli şəxslərdən ibarət olması vacibdir”.

Analitikin fikrincə, Rusiya üç il əvvəlki mövqeyindən geri çəkilməyib:

“Hələ də Ukraynanın NATO-ya inteqrasiyasının qarşısını almaq, onu Avropa dəyərlərindən uzaqlaşdırmaq və ərazi güzəştlərinə məcbur etmək kimi hədəflərlə hərəkət edir. Hələ də hərbi həll yolu ilə məqsədlərinə çatmağa çalışır. Hazırda yavaş-yavaş, amma sistematik şəkildə irəliləməyə davam edir. Rus ordusu Ukrayna qüvvələrini cəbhə boyunca yaymağa, onların ehtiyat qüvvə toplamasının qarşısını almağa çalışır. Rusiya bu “məhvetmə müharibəsi” ilə vaxt qazanmağı hədəfləyir. Əlavə olaraq Rusiya bu müharibəni təkbaşına aparmır – Çin, Hindistan, Şimali Koreya və İran kimi ölkələrdən müxtəlif formalarda dəstək alır. Müharibənin davam etməsinə şərait yaradan əsas amil də məhz budur”.

“Sanksiyalar məsələsində isə Aİ-nin Rusiyaya qarşı hazırladığı 17-ci sanksiyalar paketinin təsiri zamanla hiss olunacaq. Lakin Ukraynanın belə uzun müddət gözləmək imkanı yoxdur. Kiyev dərhal və effektiv şəkildə müdafiəsini gücləndirməli, həmçinin real təzyiq yaradan hücum əməliyyatları həyata keçirməlidir. Sanksiyalar uzunmüddətli alət olsa da Ukraynanın indi döyüş meydanında resurs və dəstəyə ehtiyacı var. Tərəfdaş ölkələrin davamlı və artan dəstəyi Ukraynanın bu müharibədə mövqeyini qoruması üçün həlledicidir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600