!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya bu ölkələrlə sərhədini dəyişir – Hökumətdən qətnamə layihəsi

!Reklam – Yazi

Rusiya Baltik dənizində Litva və Finlandiya ilə sərhədini birtərəfli qaydada dəyişmək qərarına gəlib

Yenicag.az xəbər verir ki, bu barədə “The Moscow Times” nəşri məlumat yayıb.

KİV yazır ki, hüquqi aktlar portalında dərc olunan hökumətin qətnamə layihəsinə əsasən, Rusiya hakimiyyəti Baltik dənizində ölkənin Litva və Finlandiya ilə dəniz sərhədlərini birtərəfli qaydada dəyişdirmək qərarına gəlib.

Bildirilib ki, Müdafiə Nazirliyinin hazırladığı sənədə əsasən, Rusiya Finlandiya körfəzinin şərqindəki, eləcə də Kalininqrad vilayətinin Baltiysk və Zelenoqradsk şəhərləri yaxınlığındakı akvatoriyanın bir hissəsini özünün daxili dəniz suları elan etmək niyyətindədir.

“Bunu etmək üçün, Rusiya Federasiyasının ərazi dənizinin eninin ölçüldüyü əsas xətlərin mövqeyini təyin edən nöqtələrin coğrafi koordinatları dəyişdiriləcəkdir” – deyə nəşr yazır.

Qəzetin məlumatına görə, Finlandiya ilə sərhəddə Rusiya hökuməti Jahi, Sommers, Holland, Rodşer, Mali Tyuters, Viqrund adalarının ərazisində, eləcə də Narva çayının şimal giriş burnu yaxınlığında koordinatları dəyişdirmək niyyətindədir.

“Litva ilə sərhəddə, Qdansk körfəzindəki Kuronian Spit ərazisi, Taran burnunun əraziləri, Taran burnundan cənub burnu, eləcə də, Baltikyanı ərazilər nəzərdən keçirilir. Bununla Rusiya Baltikdə sahilyanı əraziləri və dəniz sularını artıracaq. NATO hələlik bu addıma cavab verməyib”, – nəşr qeyd edib.

Rafi Müslümov

COP29

www.yenicag.az

159
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv