“Rusiya can verən nəhəngdir” – Moldova və Ermənistan üzərindəki planlar ifşa edildi

media-hightechnic-468x90

“Moldovada elə bir hadisə baş verəsə, Ukrayna onlara dəstək olacaq”.

Bu sözləri Rusiyanın Moldova və Ermənistanda hakimiyyət dəyişikliyinə cəhd edəcəyi barədə iddiaları Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.

media-qabil-huseynli

Qabil Hüseynli bildirib ki, Rusiyanın gücü olsa, yalnız hakimiyyət dəyişikliyinə deyil, həm də işğala cəhd edə bilər:


“Rusiyanın məkirli planlar düşündüyündən zərrə qədər də şübhəm yoxdur. Rusiya Moldovada real iş aparır. Moldovada ruslar Dnestryanıda istifadə edirlər.”

Politoloq, həmçinin, Rusiya iqtisadi böhran içərisində olduğunu vurğulayıb və bu vəziyyətdə çevrilişləri maliyyələşdirməyin mümkünlüyünə şübhə edib:


“Rusiya özü çox ciddi iqtisadi böhran içərisindədir. Hansı pullarla çevrilişləri maliyyələşdirəcək, bu məlum deyil.”

Hüseynli, Paşinyanın mübarizəsinə davam edəcəyini bildirərək, Moldovada Kommunist Partiyasının dəstək alması ilə hər şeyin dəyişə biləcəyini qeyd edib:


“Paşinyan pul alıb indiyə qədər apardığı mübarizənin üstündən xətt çəkməz. Moldovada Kommunist Partiyası bu pulu alıb hər şey edər.”

Ukraynanın Rusiya ilə mübarizə apardığını vurğulayan Hüseynli, Moldovada baş verəcək hadisələrə Ukraynanın dəstək verəcəyini bildirib:


“Ukrayna ruslara qarşı döyüşür. Əgər Moldovada elə bir hadisə baş verərsə, Ukrayna onlara dəstək olacaq.”

Politoloq, Rusiyanın dünyada gərginlik yaratmağa çalışdığını da qeyd edib:


“Rusiya müxtəlif şantajlar, uydurmalar edir. Bu, can verməkdə olan nəhəngin son çırpıntılarıdır. Rusiya bunu etməklə dünyanı gərginlikdə saxlamağa çalışır.”

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa