“…, Rusiya dövlətinə düşmən siyasət yürüdək”

media-hightechnic-468x90

13398Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin müsahibəsi:

-ABŞ hökuməti Azərbaycana qarşı təziqləri getdikcə artırır bu nəylə əlaqəlidir, bizim bu təziqlərə uyğun təbliğatımız və ya tədbirlərimiznə dərəcədə düzgün aparılır ?

Bu gün ABŞ höküməti dünyada özünü ali dövlət, Amerka xalqını ali xalq kimi təqdim edir, hər şey ABŞ-a və Amerka xalqına məxsusdur pirinsipi ilə xarici, daxili siyasətlərini bu istiqamətdə, bu maraqlar üzərində qurur. Vaxtı ilə Adolf Hitler də Almaniyanı ali dövlət, alman xalqını ali xalq kimi təqdim edirdi. Bunun fəsadını dünya gördü, ağır nəticələrini isə avropa xalqları ilə yanaşı bütün dünya xalqları çəkdi. ABŞ-ın siyasətinin əsasını təşkil edən “hər şey ”ali irq”ə – Amerika xalqına məxsusdur, bu xalqın mənafeyi hərşeydən üstündür (bütün dünya xalqlarından), haqq, ədalət, xoş güzaran ancaq bu xalqa (yəni amerika xalqına) və ya bu dövlətə aid ola bilər. Kim bizimlədir bizim dostumuz, kim bizimlə deyil bizim düşmənimizdir” şuarı onun əsas hədəfi olaraq ön plana çıxarılır. “Kim bizimlədir, orada demokratiya, insan haqları, mətbuat azadlığı və.s dəyərlər var, kim bizimlə deyil, orada demokratiya, insan haqları, mətbuat azadlığı və.s dəyərlər yoxdur, həmin dövlətlərdə ( məmləkətlədə) diktatura hökm sürür” kimi düşüncələrın nəticəsidir ki, düşmən olaraq seçilən həmin ölkələrdə tezliklə məxməri inqılablar, dövlət cevrişləri, terrorlar baş verir.

Gəlin hərşeyi öz adı ilə çağıraq. Görünən odur ki, ABŞ –ın rəsmilərinin Azərbaycanla bağlı verilən bəyanatlar ölkəmiz daxilində insan haqlarının, demokratiya, mətbuatla bağlı problemlərlə əlaqələndirilir. Açığı, Respublikamızın bu illər ərzində yeritdiyi daxili siyasətdə heç bir dəyşiriklik yoxdur, bu illər ərzində necə olubsa elə də davam edir. Dəyişən nədir ki, ABŞ siyasətçiləri belə ciddi narahat olmağa başlayıb? Dünyada gedən hadisələrin təhlili göstərir ki, bu bəyanatlar Azərbaycan hakimiyətinə edilən təziqlərin birinci fazasidir.

-Bəs, sizcə, Azırbaycan hakimiyyətinin bu təhdid qarşısındakı tutumunu adekvat hesab etmək olarmı?

– Açığı, mən respubilikamızın daxilində kütləvi informasi vastələrində aparılan təbliğatdan razı deyiləm, hətta rəsmilərimiz, deputatlarımızın yersiz açıqlamaları bizim işin ziyanına işləyir. Yəni, ABŞ-n dəyirmanlarına su tökmək kimi olur. Gəlin, səslənən fikirlərə baxaq. “Heç kim bizə təzyiq, diktə edə bilməz, gücümüz var, biz hər şeyə qadirik” və s. yersiz cümlələrlə fikir formalaşdırmağa çalışırlar, bu sözlərin heçbir təsiri yoxdur. Bu gün dünyada gedən proseslərə fikir versək ərəb inqlablarının baş verdiyi dövlətlər, nə də Ukrayna hadisələrində hədəfə alınan Rusiya Azərbaycandan heç də zəif dövlətlər deyilldilər. İnandırım sizi, ABŞ-n bu təyziqlərinin sonrakı fazası daha təhlükəli və dəhşətli ola bilər, xalqımız buna hazır olmalıdır. Hər kəs anlamalıdır ki, ölkəmizdə basdırılmış minalar (İŞİD və ya digər qurğular ) parlaya bilər.

-Sizcə, Azərbaycan hakimiyyətinə qarşı ABŞ yetkililərinin son zamanlar fəallaşan kəskin mövqeyi nə ilə bağlıdır?

– Hesab edirəm ki, bu məsələ dünyada ABŞ- Rusiya siyasi qarşı durmasından qaynaqlanır. Bəlkə də ABŞ rəsmilərinin siyasəti diqtə edir ki, biz yaxın qonşumuz olan Rusiya dövlətinə düşmən siyasət yürüdək. Bu bizim maraqlarımıza uyğun gəlib-gəlməməsindən aslı onlmayaraq onları (yəni ABŞ-ı) dəstəkləyək. Necə ki, ABŞ kəşfiyatı Avropa Birliyini, Gürcüstanı, Ukraynanı bu cür oyunlarda alət kimi istifadə etdi. Nəticə göz qabağındadır- AB iqtisadi (avro dəyərdən düşür) ziyan içində, Ukrayna vətəndaş müharibəsində, Gürcüstan isə ərazizini itirib, indi ortalıqda qalıb bilmir, neynəsin?

Azərbaycan daxilində baş verən hadisələr də gələcəkdə baş verə biləcək bənzər hadisələrin elementləridir. Biz hədəfdən yayınmağa çalışmalıyıq ki, itkilərimiz, ziyanımız az olsun(moderator.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600