Rusiya Ermənistana yeni sistem verdi

media-hightechnic-468x90

Rusiyanın “Rostex” dövlət korporasiyası Ermənistana dağlıq ərazilərdə təyyarələrin naviqasiyasına kömək edən avadanlıq verib. Söhbət “Azimut” şirkətinin VOR/DME 2700 çox istiqamətli radiomayakından gedir.

Yenicag.az xəbər verir ki, bu barədə “Azimut” şirkətinin vitse-prezidenti Aleksey Qalçenkov məlumat verib.

Avadanlıq Qarakilsə (Sisian) şəhərində quraşdırılıb və eyni anda 200-ə yaxın təyyarəni izləmək imkanına malikdir.

“Biz VOR/DME 2700-ün Ermənistanda sınaqlarını başa çatdırdıq, bu da təyyarələrin dağlıq ərazilərdə və pis hava şəraitində naviqasiyasına imkan verəcək”, – Qalçenkov bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600