Rusiya Ermənistanda hədə-qorxu səhnəsi YARADIR: “İrəvana düşən qırıcı...”
“Ruslar Ermənistana hədə-qorxu gəlirlər”.
Bu sözləri Ermənistanda Rusiyanın hərbi bazasının çıxarılması yönündə keçirilən aksiyalar və bu yöndə gözlənənləri Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.
O, bildirib ki, Rusiya Ermənistanda təhlükəli oyunlar oynaya bilər:
“Sülh prosesi və onun tənzimlənməsi Vaşinqtonun nəzarətinə keçib. Bu nöqteyi-nəzərdən Rusiyanın əli-qolu bağlanıb. Ermənistanda da deyirlər ki, 102-ci hərbi baza ölkə ərazisindən çıxarılmalıdır. Dünən İrəvanda mərkəzi prospektlərdən birinə qırıcı təyyarə düşdü. Qırıcı təyyarələr normalda paytaxtdan kənarda manevrlər edir. Şəhərin mərkəzinə qırıcı təyyarənin düşməsi ciddi suallar doğurur”.
“Bunlar onu göstərir ki, ruslar Ermənistana hədə-qorxu gəlirlər. Görünür, ruslar daha riskli addımlara əl atmağa başlayıblar. Əvvəl istəyirdilər ki, Ermənistanı Azərbaycanın üzərinə yönləndirsinlər, lakin Nikol Paşinyan buna qəti yox dedi. İndi də yeni-yeni formalar üstündə çalışırlar. Bu da kifayət qədər təhlükəlidir”, – deyə o, fikirlərini tamamlayıb.
Səxavət Məmməd