Rusiya “Eurovision-2018” mahnı müsabiqəsindən kənarlaşdırılır?

media-hightechnic-468x90

Avropa Yayım İttifaqı Rusiyanın “Eurovision-2018” mahnı müsabiqəsindən kənarlaşdırılması məsələsini nəzərdən keçirəcək.

Qurumdan həmçinin bildirilib ki, “Eurovision-2017”-nin keçirilməsi hazırda əsas prioritet təşkil edir: “Yaranan vəziyyətlə bağlı qərarlar müsabiqədən sonra veriləcək”.

Avropa Yayım İttifaqı (European Broadcasting Union-EBU) bundan əvvəl rəsmi şəkildə Rusiyanın “Eurovision-2017” mahnı müsabiqəsində iştirak etməyəcəyini təsdiqləyib. “Təəssüf ki, “Birinci kanal” rəhbərliyi “Eurovision-2017” mahnı müsabiqəsini yayımlamayacağını bəyan edib. Bu isə o deməkdir ki, Rusiya bu il müsabiqədə iştirak edə bilməyəcək”, – deyə bəyanatda qeyd olunub.

Qeyd edək ki, Rusiyanın “Eurovision-2017”-dəki təmsilçisi Y.Samoylova Krımda konsertlə çıxış etdiyinə görə, rəsmi Kiyev onun ölkəyə girişinə qadağa qoyub. Müğənni Rusiyanı “Eurovision-2017”–də “Flame Is Burning” mahnısı ilə təmsil edəcəkdi.(APA)

Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600