Rusiya filmləri qadağan olunacaq
Rusiya silahlılarını təbliğ edən videolara görə kanallar cərimələnəcək.
4 iyundan etibarən Rusiya Silahlı Qüvvələrini təbliğ edən film və serialların nümayişini qadağan edən qanun qüvvəyə minəcək.
Yeni qəbul olunan “Ukraynanın informasiya teleradio məkanın təhlükəsizliyi” haqqında qanunda qeyd olunur ki, “işğalçı dövlətin istənilən hüquq-mühafizə orqanlarının, silahlı qüvvələrinin, başqa silahlı, hərbi və ya güc birləşmələrinin təbliğat, təşviqat, tanıtımı”nı özündə ehtiva edən istənilən audio-vizual məhsul qadağa olunur. Qadağanı pozan telekanallar cərimələnəcək.
Xatırladaq ki, bundan öncə Ukrayna Dövlət Agentliyi ən azı 15 Rusiya film və serialının nümayişini qadağan edib. Buna səbəb isə həmin filmlərdə “Rusiya Silahlı Qüvvələrinin yüksəldilməsi” göstərilib.