!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya gələcəkdə də Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına kömək edəcək”

!Reklam – Yazi

Rusiya gələcəkdə də Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına və 2020-2022-ci illərdə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunmuş məlum üçtərəfli razılaşmalar əsasında sülh sazişinin bağlanmasına hərtərəfli kömək göstərəcək.

Yenicag.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.

“Biz, həmçinin hələ Sovet İttifaqı vaxtından bizdə qalan müvafiq sənədləri nəzərə almaqla sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd marşrutlarının açılmasına, humanitar təmasların yaradılmasına kömək etməyə hazırıq”, – deyə o diqqətə çatdırıb.

COP29

www.yenicag.az

281
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv