!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya hansı halda süqut edə bilər? - "Tarixdə kütləvi insan iştirakı ilə dəyişikliklər..." - EHTİMAL

!Reklam – Yazi

“Rusiya təcavüzkar mahiyyətini daha da qoruyub saxlamağa, qapanmağa çalışacaq. Əlindəki təhlükəli silahlarla dünyaya təhdidlər yağdırmağa davam edəcək”.

Bu fikirləri Rusiyada qismən səfərbərlik elan ediləndən sonra başlamış mitinqlər və Rusiyada öngörülən hadisələrlə bağlı danışarkən politoloq Nəsimi Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.Nəsimi Məmmədli bildirib ki, Rusiyada baş verən hadisələri proqnozlaşdırmaq mümkün deyil:

“Rusiya çox mürəkkəb vəziyyətə daxil olub. Əslində, bu, indinin işi deyil, ilin əvvəlindən Rusiyada müəyyən proseslər gedirdi. Belə ehtimal var idi ki, Ukraynaya müdaxilə, sürətli nəticənin əldə edilməsi Rusiya üçün prosesi arxa plana ata bilər. Ukraynada faktiki olaraq qələbənin əldə edilməməsi, qarşıya qoyulan məqsədə çatılmaması onu göstərdi ki, Rusiya daha da mürəkkəb vəziyyətlə üzləşəcək və bu baş verməkdədir.

Rusiya çox böyük dövlətdir. Rusiya tarixində kütləvi insan iştirakı ilə dəyişikliklər mövcuddur, bir neçə dəfə baş verib. Rusiyanın tarixində müharibə dönəmində, hərbi toqquşmalarda fərqli formada toparlanma olur. Bu üzə çıxa bilir, rus millətçiliyi daha təzahür edə bilir. Bu iki məsələnin hansı daha real ola bilər? Rusiya bu səfərbərlikdən, indiki böhranlı vəziyyətdən dağılmağamı doğru gedəcək, yoxsa millətçi şüurun daha da güclənərək səfərbər olmasına, qapanmasına və daha təhlükəli şəkil almasınamı gətirib çıxaracaq? Bunu birmənalı demək çox çətindir. Bunun hər ikisinin olma ehtmalı kifayət qədər yüksəkdir.

Birmənalı şəkildə deyək ki, Rusiya bu təlatümdən tamamilə sarsılacaq, mitinqlər effekt verəcək, hökümət bunun qarşısından çəkiləcək, cəmiyyət kütləvi şəkildə meydanlarda, küçələrdə hər şeyi nəzarəti ələ alacaq, yaxud deyək ki, Rusiya bundan daha möhkəmlənəcək. Bunu proqnoz etmək çətindir. Şəxsi qənaətim budur ki, Rusiya təcavüzkar mahiyyətini daha da qoruyub saxlamağa, qapanmağa çalışacaq. Əlindəki təhlükəli silahlarla dünyaya təhdidlər yağdırmağa davam edəcək. Rusiya ümid edir ki, iqtisadi böhran Avropaya da sıçrayacaq. Bu ola bilər ki, özünü bir, ya da iki il sonra qabarıq büruzə versin. Şəffaf, azad, demokratik, hesabatlı cəmiyyətlərdə onların rifahının aşağı düşməsi, iqtisadi təlatümlərin yaşanması hökumətləri məcburən ya dəyişəcək, ya da reallıqlarla hesablaşmağa məcbur edəcək. Putinin də ümidi bunadır. Rusiyanı qapalı halda saxlamaq, sanksiyaların əks effektindən yaralanmaq. Düşünürəm ki, bu da realdır. Ona görə də məsələlərlə bağlı birmənalı fikir demək çətindir.

Bir çoxları düşünürdü ki, müharibə başlayandan sonra əhali ayağa qalxar, hakimiyyət dəyişikliyi olar, ölkə parçalanar. Məlum oldu ki, bu belə deyil. Rusiyanın verdiyi itkilərin təxminən 70 faizi müsəlmanlardır. Bu proses Rusiyanı daha təhlükəli olmağa gətirib çıxara bilər. Rusiyadan xoşumuz gəlmir deyə hər hadisə baş verəndə deyirlər ki, Rusiya dağılacaq. Deyim ki, Rusiya dağlacaq, yox, ancaq reallıq başqadır”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

860
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv