!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Rusiya hətta Atom Elektirik Stansiyalarında da təxribatlar törədə bilər" - Həyəcanlı XƏBƏRDARLIQ

!Reklam – Yazi

“Rusiya hətta Atom Elektirik Stansiyalarında da fəsadlar törədə bilər”.

Bu fikri Ukraynada “Kaxovka” su anbarının partladılması, bunu hansı tərəfin etmə ehtimalı və səbəblərini dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.

O bildirib ki, üstündən atsa da, su anbarını Rusiya partladıb:

“Rusiya bir addım atır, görəndə ki, böyük qurbanlar verir, təkzib edir. Dərhal bəyan edir ki, bunu o etməyib. Ukrayna bu hadisəni heç vaxt etməz. Birincisi öz ölkəsidir, ikincisi qalib gələcəyinə inanır və onun fəsadlarını aradan qaldırmaq öz üzərinə düşəcək.

“Kaxovka” su anbarı İkinci Dünya Müharibəsindən öncə tikilib. Almanlar İkinci Dünya Müharibəsi zamanı hücuma keçəndə Stalinin əmri ilə partladılmışdı. O zaman anbar ona görə partladılmışdı ki, alman ordusunun qarşısı alınsın.

Həm partladılan anbar, həmçinin Mingəçevir Su Elektirik Stansiyası o qədər keyfiyyətlə tikilib ki, onlar hətta taktiki nüvə silahına davamlıdırlar. Yəni Rusiyanın iddia etdiyi kimi, artilleriya, yaxud təyyarədən atılan raketlə partladılması absurddur. Qətiyyən bu, mümkün deyil.

Strateji müəssisələrin hər birində bu cür hadisələrlə bağlı məxsusi tədbirlər planı var. Videoya baxanda görürük ki, anbarın ikinci mərtəbəsi və körpü partladılıb. Müəyyən qisim su bəzi yerləri basacaq. Yağışlar çox olacağı təqdirdə 80 yaşayış məntəqəsi su altında qala bilər.

Anbarın bəzi yerlərinə böyük miqdarda partlayıcı maddələr yerləşdirilib. O, içəridən partladılıb. Müəyyən bir hissə dağılıb. Bu ona xidmət edir ki, orada körpü sıradan çıxsın və hücuma keçəcək Ukrayna ordusunun hərəkəti əngəllənsin. Əsas məsələ Ukraynanın şiddətli hücumunun qarşısının alınmasıdır. Çünki Rusiya bu məsələdə acizdir.

Hələ bir neçə ay öncə Ukrayna kəşfiyyatı oraya partladıcı maddələrin daşındığını deyirdi. Rusiya bir neçə müddət orada iş aparıb.

Bu, həm də bütün dünyaya mesajdır ki, məqsədinə çatmaq üçün Rusiya bütün varianatlara əl ata bilər. Hətta Atom Elektirik Stansiyalarında da fəsadlar ola bilər”.

Səxavət Məmməd

www.yenicag.az

505
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv