Hadisələrə qiymət vermək üçün haradan, hansı askeptdən baxmaq çox önəmlidir. Müharibəyə qan, ölüm-itim üçün pis baxırıq, ancaq bir millətin formalaşmasında müharibələrin rolu danılmazdır. İkisini də müdafiə etmək olar, amma hər iki tərəf də haqlı olacaq.
“The Economic Times” nəşri yazır ki, yanvar-iyun aylarında Hindistan Rusiyadan neft alışını 50 dəfə artırıb. Ukrayna müharibəsinə qədər Hindistan ümumi istehlak etdiyi neftin cəmi 0,2%-ni Rusiyadan alırdısa, indi 11%-ə yaxınını Rusiyadan alır, Çin isə Rusiyadan neft alışını 56% artırıb. Nəticədə neft və benzin qiymətləri ilə bağlı problem Qərbdə, Avropa və ABŞ-də yaşanır.