!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Böhranlardan yararlanan Çin: "Pekin Rusiyanın hazırkı vəziyyətindən istifadə etmək istəyir" - ŞƏRH

!Reklam – Yazi

“Çin sanksiyalara məruz qalan ölkələrdən məhsul almaq üzrə ixtisaslaşıb”.

Bu sözləri Ukrayna-Rusiya müharibəsi fonunda rəsmi Pekinin Moskvaya dəstək verməsini şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə bildirib ki, Çin İrandan sonra Rusiya məhsullarını da ucuz almaq arzusundadır:

“Dünyada əsas neft ixracatçılarından olan İran sanksiyalar altında yaşamağa öyrəşib. Düzdür, sanksiyalar nəticəsində İranda çox ciddi problemlər oldu, ərzaq çatışmazlığı yaşandı, mitinqlər, aksiyalar, piketlər keçirildi, ancaq Tehran bundan çıxış yolu tapdı. Çin sanksiya altında olan dövlətlərdən xeyir götürmək üzrə professionallaşıb. İran neftinin ən böyük alıcısı Çindir və 30 illik müqavilələri var. Çin İran sanksiya altında olanda bunu etdi. İndiki dönəmdə dünyada ən böyük neft, qaz ixracatçısı olan və sanksiyalara məruz qalan Rusiya ilə Çinin iqtisadi, strateji, siyasi münasibətləri var. Artıq Avropa İttifaqının komissarları, ABŞ Prezidenti səviyyəsində Rusiya neftinə və qazına embarqo qoyulması gündəmə gətirilib. Bu məqamda Çin rəsmiləri bəyanat verirlər ki, Rusiya neft və qazını almağa hazırdılar. Çin bundan yararlanır. Çinin milyardlarla dollar xərclədiyi yol layihəsi var. O layihə ilə Çin mallarının Avropa bazarlarına daşınması nəzərdə tutulub. Digər tərəfdən Çin istəyir ki, Avropa İttifaqı ilə münasibətlərini normal saxlasın. ABŞ dövləti ilə Çin arasında çox böyük iqtisadi əlaqələr var. Siyasi, strateji, beynəlxalq münasibətlərdə onlar arasında çox böyük fikir ayrılığı var. Çin fikir ayrılğı fonunda iqtisadi əlaqələri də pozmaq istəmir. Ancaq Çin Rusiyanın hazırkı vəziyyətindən yararlanmaq istəyir.

Çinin Xarici İşlər Nazirliyi müharibə başlayanda Ukraynanın ərazi bütövlüyünü tanıdığını və müharibəyə qarşı olduqlarını bildirdi. Digər tərəfdən ABŞ Çinə bildirdi ki, əgər iqtisadi əlaqələrə xələl gəlməsini istəmirsə, Rusiyaya iqtisadi, hərbi yardım etməsin. Çin çalışır ki, orta xətti saxlasın. Ancaq BMT Təhlükəsizlik Şurasında Çinlə Rusiya həmişə bir mövqedən çıxış edirlər”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

554
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv