!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya ilə məhbus mübadiləsində Qərbin əsas adamı: Çeçen səhra komandirini Berlində öldürmüşdü

!Reklam – Yazi

Qərb və Rusiya arasında məhbus mübadiləsinin açar ismi Vadim Krasikovdur.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “The Washington Post” nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, o, 2019-cu ildə çeçen səhra komandiri Zəlimxan Xanqoşvilini Berlində güllələyib öldürmüşdü.

“Ondan sonra Almaniya hökuməti ona ömürlük həbs cəzası vermişdir. Almaniya prokurorluğu onu Federal Təhlükəsizlik Xidmətinin (“FSB”) xüsusi təyinatlı polkovniki hesab edir. Bu mübadiləyə görə Almaniya baş prokurorluğu məyusluq keçirirdiyini açıqlayıb. Baş prokuror bu mübadiləyə qarşı olub, amma ölkənin ədliyyə naziri mübadilənin lehinə qərar verib. Sonda da prokuror nazirin qərarı ilə barışmalı olsa da, prokurorluqda əsl xəyal qırıqlığı hökm sürür. Onlar düşünürlər ki, Almaniya Putinin qarşısında “geri addım” atdı”, – deyə məlumatda bildirilib.

Məlumata görə, sözügedən məsələ ilə bağlı yekun qərar Almaniya kansleri Olaf Şoltsun 9 fevralda Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Co Baydenlə müzakirə olunub.
“Kansler Krasikovun mübadilə siyahısına salmağa razı olub və Baydenə bildirib ki, “bunu sizə görə bunu edəcəyəm”, – deyə qeyd olunur.
Bildirilir ki, Krasikovun Şolts tərəfindən dəyişdirilməsinə razılıq veriləndən bir neçə gün sonra isə rusiyalı müxalifətçi Aleksey Navalnı həbsxanada öldürülüb:

“Putin Krasikovla dostdur və Vadim dəfələrlə həbsxanadan bildirib ki, Putin onu gec-tez azad etdirəcək. Putin ona görə də müxalif liderlər Kara Murza və İlya Yaşini azad etməyə razı olub. Rusiya lideri Krasikovla görüşərkən ilk kəlməsi “Zdorov” olub”.

Qərb kəşfiyyatı isə iddia edir ki, Putin və Krasikov keçmişdə sıx əlaqədə olublar və killerin Kreml üçün təhlükəli ola biləcəyi informasiyası olub.

Almaniyanın nüfuzlu “BILD” nəşri isə bununla bağlı məqaləsində qeyd edib ki. Putin, ola bilsin ki, Krasikovun qisas almaq və ya alman hakimiyyət orqanları ilə sövdələşmə məqsədilə Almaniya həbsxanasında qalardısa, vacib məlumatları açıqlayacağından ehtiyat edib.
Krasikovun 1990-cı illərdə Anatoli Sobçak və onun müavini Putin üçün işlədiyi, rəqiblərinə qarşı işlər gördüyü güman edilir. 2000-ci ilin fevralında, Putin vəzifəyə gəldikdən bir neçə həftə sonra Sobçak qəfil ölür. Ölümün rəsmi səbəbi infarkt idi, lakin yaxınları qətl olduğunu fərz edirdilər.

Qərb kəşfiyyatı Krasikovun Sobçakın qətlində və ola bilsin ki, Putinin özü ilə əlaqəsi ola biləcəyindən şübhələnir. Bu şübhələr Putinin keçmişi ilə bağlı məlumatları qorumaq məqsədilə onun azad edilməsində israr etdiyini ehtimal edir.

Xatırladaq ki, A. Sobçak Sankt-Peterburqun qubernatoru olub, Boris Yeltsin ilə prezidentlik mübarizəsi də aparıb və Putini siyasətə gətirən adam olub.

Rafi Müslümov

www.yenicag.az

217
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv