!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya ilə Qərbin QAZ OYUNU: Hansı tərəf geri addım atacaq? - ŞƏRH

!Reklam – Yazi

“Rusiyanın Avropaya ən böyük təzyiq vasitəsi qazdır. Rusiya-Ukrayna müharibəsi bir yandan da qaz müharibəsidir”.

Bu fikirləri Rusiyanın Bolqarıstan və Polşaya qaz ixracını dayandırması fonunda rəsmi Moskvanın Qərb ölkələrinə qarşı təzyiqinin mümkün nəticələrini şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında səsləndirib.

Yusif Bağırzadə bildirib ki, Rusiya-Ukrayna müharibəsi həm də qaz müharibəsidir:

“Rusiyanın Ukraynaya qarşı təcavüzünün birinci hissəsi 2014-cü ildə olmuşdu. Rusiyanın Avropaya əsas qaz ixracatı Ukrayna üzərindən gedir. 2014-cü ildə Rusiyan Ukrayna ərazilərinin müəyyən hissəsini tutduqdan sonra Almaniyanın keçmiş kansleri Şredörin təklifi ilə “Şimal axını” layihəsi hazırlandı. Şredör Almaniyada kifayət qədər nüfuzlu adamdır. Onun Putinlə şəxsi münasibətləri var. Zelenski hakimiyyətə gəldikdən sonra bəyanat verdi ki, korrupsiya ilə məşğul deyil və heç bir ölkə qarşısında öhdəliyi yoxdur. Zelenski “Şimal axını” layihəsini ABŞ-nin vasitəsi ilə dayandırmağa çalışdı. Bu, Rusiyanı qıcıqlandırdı.

Polşa Ukraynaya silah-surtat təmin edilməsi üçün əsas rol oynayır. Bundan əlavə, Polşa rəsmiləri sanksiyalarla bağlı Avropada moderatorluq edirlər. Bu isə Rusiyanın xoşuna gəlmir. Rusiya Polşa ilə yanaşı, Bolqarıstana da qaz ixracatını dayandırdı. Bolqarıstanda iki qüvvə var. Bir qüvvə Rusiyaya sanksiyaların tətbiq olunmasının, digər qüvvə isə proseslərə qoşulmamanın tərəfdarıdır. Polşanın əvvəldən də Rusiya ilə münasibətləri gərgin olub.

Düşünürəm ki, tərəflərdən heç biri geri addım atmayacaq. İtaliya, Almaniya və digər böyük ölkələr rublla ödəniş etməyəcəyini bildirir. Rusiya qərarını dəyişməyəcək. Yaxın zamanda hansı ölkələrin geri addım atacağını görəcəyik”.

Səxavət Məmməd

www.yenicag.az

878
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv