“Rusiyanın Ukraynadakı hərbi qüvvələri öz canlarını qorumağın hayındadır”.
Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri Ukraynaya hərbi təcavüzünü davam etdirən Rusiyanın silahlı qüvvələrində hökm sürən vəziyyəti dəyərləndirən ABŞ-nin Qərargah Rəisləri Birləşmiş Komitəsinin rəhbəri general Mark Milli deyib.
Generalın sözlərinə görə, hazırda Rusiyanın hərbi komandanlığında ziddiyyətlər və çaşqınlıq hökm sürür:
“Strateji səviyyədə aydın görünür ki, Priqojinin rəhbərlik etdiyi “Vaqner” qiyamından sonra Rusiyanın hərbi komandanlığı daxilində ziddiyyətlər və çaşqınlıq dərinləşib.
Bununla belə, “Vaqner” qiyamının Rusiya-Ukrayna cəbhəsinə necə təsir göstərdiyi hələ də aydın deyil. Ona görə də, bu situasiyanın necə yekunlaşacağı qeyri-müəyyəndir. Rusiyanın Ukraynadakı işğalçı hərbi qüvvələri öz canlarını qorumağın hayındadır”.
www.yenicag.az