Rusiya kosmosa peyk əleyhinə silah göndərib? – ABŞ narahatdır

media-hightechnic-468x90

ABŞ bildirir ki, Rusiya peyk əleyhinə silahları kosmosa buraxmış ola bilər.

Yenicag.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, keçən həftə Rusiya ABŞ ordusunun digər oxşar cihazlara hücum edə biləcəyinə inandığı bir peyk buraxıb.

Pentaqonun sözçüsü Pat Rayder bildirib ki, Rusiya Yer kürəsinin aşağı orbitinə peyk çıxarıb və bu, ehtimal ki, antikosmik silahdır.

Peykin ABŞ hökumətinin peyki ilə “eyni orbitdə” olduğunu deyən Rayder Vaşinqtonun vəziyyəti izləməyə davam edəcəyini və öz maraqlarını qorumağa hazır olmalı olduğunu bildirib.

Pentaqon sözçüsünə görə, “Kosmos 2576” peyki mayın 16-dan 17-nə keçən gecə Rusiyanın Plesetsk kosmodromundan buraxılıb.

Rusiyanın dövlət kosmik agentliyi olan “Roskosmos” isə açıqlamasında qeyd edib ki, mayın 17-də buraxılış peyk Rusiya Müdafiə Nazirliyinin maraqları üçün həyata keçirilib.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600