“Rusiya. Kreml. Putin. 25 il” – Prezident ən sərt suallara CAVAB VERƏCƏK
Rusiya prezidenti Vladimir Putin son 25 ildə ölkə daxilində və beynəlxalq səviyyədə baş vermiş hadisələrə dair ən sərt suallara yeni sənədli filmdə cavab verəcək.
Yenicag.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Rusiya. Kreml. Putin. 25 il” adlı sənədli film mayın 4-də “Rossiya 1” telekanalında nümayiş olunacaq. Filmdə dövlət başçısının maraqlı çıxışları və keçmişə dair fikirləri təqdim olunacaq.
“Putinin 25 il ərzində Rusiya və dünyada baş verənlərə dair ən kəskin suallara verdiyi cavablar filmdə yer alacaq”, – deyə “Rossiya 1” telekanalının jurnalisti Pavel Zarubin bildirib.
Qeyd edək ki, Vladimir Putin ilk dəfə 2000-ci il martın 26-da prezident seçilmiş, mayın 7-də isə vəzifəsinin icrasına başlamışdı.