Rusiya məktəblərində Azərbaycan mədəniyyət günləri

media-hightechnic-468x90

Layihə Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu və Azərbaycan Slavyan Gəncləri Assosiasiyası Rusiya nümayəndəliyinin təşkilatçılığı, Ümumrusiya Azərbaycan Konqresinin dəstəyilə həyata keçirilir.İlkin mərhələdə layihə üzrə təlimlər Moskva şəhərinin 2030 saylı orta məktəbində kecrilib.

Layihə çərçivəsində şagirdlərə Azərbaycan mədəniyyəti Tarixi ədəbiyyatı, Dövlət atributları, Görməli gəzməli yerləri, Coğrafiyası haqqında məlumat verilib, Rusiyada yaşayan azərbaycanlı müəllimə Səbinə Rəhimova şagirdlərə Azərbaycan dilinin zənginliyindən söhbət açıb.

Çıxışı zamanı Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun rəhbəri Şamil Tağıyev 2015 ci il 1 Avropa olimpiadasının Bakıda keçiriləcəyini bildirib. O, şagirdləri Azərbaycana dəvət edib.

Sonda şagirdlərə Azərbaycanın milli mətbəxinin təamları, Rus dilində Azərbaycanı təbliğ edən AMOR İRS VƏ BAKU jurnalları hədiyyə edilib.

Tədbir artıq 4 dəfədir keçrilir. Layihənin hər ay bir məktəbdə keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu (AMİİ) və Azərbaycan Slavyan Gəncləri Assosiasiyası arasında cari ilin oktyabr ayında Azərbaycan mədəniyyətinin Rusiyada təbliğinin təşkili və birgə layihələrin reallaşdırılması ilə bağlı ikitərəfli əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa