Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub

media-hightechnic-468x90
Rusiya Hava Hücumundan Müdafiə Sistemləri son 24 saat ərzində Ukraynanın 780 pilotsuz uçuş aparatını və dörd idarə olunan aviasiya bombasını vurub.
Yenicag.az APA-nın Moskva bürosuna istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya qüvvələri Ukraynanın yanacaq və enerji infrastrukturu obyektlərinə, sursat anbarlarına, PUA yığımı zavodlarına və uzaqmənzilli dronların saxlanma yerlərinə zərbələr endirib.
Rusiya MN Ukrayna ordusunun son 24 saat ərzində itkilərinin təxminən 990 nəfər təşkil etdiyini iddia edib.
Bundan əlavə bildirilib ki, Ukrayna Silahlı Qüvvələri həmçinin bir “Leopard” tankını, bir “Gepard” özüyeriyən zenit qurğusunu və iki Amerika istehsalı olan “Paladin” özüyeriyən artilleriya qurğusunu itirib.
media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05