Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurdu - VİDEO/YENİLƏNDİ

media-hightechnic-468x90

Avqustun 18-nə keçən gecə SOCAR-a məxsus Odessa vilayətindəki neft bazası “Şahed” tipli PUA-ların silsilə hücumuna məruz qalıb.

Yenicag.az xəbər verir ki, bir neçə birbaşa zərbədən sonra ərazidə yanğın baş verib.

Nəticədə 17 ədəd yanacaq çəni, nasosxana binası, operator və texniki otaqlar, eləcə də çəki məntəqələri zədələnib, ərazinin hasarı dağıdılıb.

Neft bazasının ümumi tutumu 16 min kubmetrdən çoxdur.

Hazırda dəymiş ziyanın miqdarı müəyyən edilir, ekspertiza təyin olunub və təcili bərpa işləri aparılır.

Bu, obyektə ikinci kütləvi hücumdur. Avqustun 8-də də həmin neft bazasına təxminən 10 PUA buraxılmış, nəticədə qismən dağıntılar baş vermişdi. Faktla bağlı cinayət işi açılıb.

***

Rusiyanın hücumçu PUA-ları yenidən Odessanı hədəfə alıb.

Yenicag.az xəbər verir ki, bu barədə Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper öz Telqram kanalında bilridib.

Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələrinin aktiv fəaliyyətinə baxmayaraq, Odessa rayonunda zərbələrin nəticələri qeydə alınıb.

Oleq Kiper bildirib ki, hücum nəticəsində şəhər ətrafında yerləşən yanacaq-enerji infrastruktur obyektində və ikimərtəbəli binada yanğın olub.

Qeyd edək ki, ötən gecə Rusiya Silahlı Qüvvələri PUA-larla SOCAR-ın Odessadakı yanacaqdoldurma məntəqəsini vurub.

Zərəbələr nəticəsində yanğın baş verib.

***

Ötən gecə Rusiya Silahlı Qüvvələri Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub.

Yenicag.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Məlumatda Rusiyanın “Şahed” PUA-lıarı vasitəsilə SOCAR-ın Odessada yerləşən terminalına hücum etdiyi bildirilib.

Qeyd edək ki, Rusiya 8-də SOCAR-ın Odessa vilayətindəki neft bazasına hücum etmişdi.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa