Rusiya ordusu Xarkova zərbələr endirib: 3 ölü, 33 yaralı
Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinə hücum edib, nəticədə 3 nəfər həlak olub, 33 nəfər yaralanıb.
Yenicag.az “Report”un “İnterfaks-Ukrayna”ya istinadən verdiyi xəbərə əsasən bildirir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov məlumat verib.
“Ötən sutka ərzində Rusiya Silahlı Qüvvələri Xarkova və vilayətin 14 yaşayış məntəqəsinə “İsgəndər” raketi, idarə olunan aviasiya bombaları və müxtəlif tipli pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Nəticədə 3 nəfər həlak olub, daha 33 nəfər xəsarət alıb”, – məlumatda deyilib.













