!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Polşaya raket atması iddialarını təkzib etdi

!Reklam – Yazi

Rusiya Müdafiə Nazirliyi Polşadakı raket insidentinə münasibət bildirib
Rusiya Müdafiə Nazirliyi Polşa KİV-inin və rəsmilərinin guya Rusiya raketlərinin Pşevodov ərazisinə düşməsi ilə bağlı bəyanatlarını təxribat adlandırıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Polşa mətbuatının və rəsmilərinin “Rusiya” raketlərinin Pşevodov yaşayış məntəqəsi ərazisinə guya düşməsi ilə bağlı bəyanatları vəziyyəti gərginləşdirmək üçün qəsdən törədilmiş təxribatdır. Ukrayna-Polşa sərhədi yaxınlığındakı hədəflərə Rusiya silahları ilə heç bir zərbə endirilməyib”, – nazirlik bildirib.

Müdafiə Nazirliyi vurğulayıb ki, Polşa mediasının hadisə yerindən yaydığı qalıqların fotoşəkillərinin Rusiya silahları ilə heç bir əlaqəsi yoxdur.

Xatırladaq ki, Rusiyanın Ukraynaya etdiyi genişmiqyaslı raket hücumundan sonra bir neçə mərminin Polşa ərazisinə düşdüyü güman edilir. Hadisə nəticəsində 2 nəfər həlak olub. Olaydan sonra Polşanın Baş naziri Mateuş Moravetski “böhran vəziyyəti” ilə əlaqədar hökumətin Təhlükəsizlik və Müdafiə Komitəsinin təcili iclasını çağırıb.

Qeyd edək ki, Polşa NATO üzvüdür. NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, əgər bir NATO üzvü silahlı hücumun qurbanı olarsa, Alyansın bütün digər üzvləri bu zorakılıq aktını bütün NATO ölkələrinə qarşı silahlı hücum hesab edəcək və hücuma məruz qalmış NATO ölkəsinə kömək etmək üçün lazım bildikləri tədbirləri görəcəklər./Report/

www.yenicag.az

174
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv