“Rusiya PUA-larla Avropanı qorxutmaq istəyir” – Kremldən TƏHLÜKƏLİ MESAJ

media-hightechnic-468x90

“Rusiya Avropa ölkələri hava məkanında PUA uçuşları həyata keçirməklə o ölkələri təhdid etməyə çalışır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

media-mehemmedesedullazade1

Politoloq Norveçin Oslo və Tromsö hava limanlarında PUA uçuşları səbəbilə uçuşların təxirə salınması, eləcə də Rusiyanın ətraf ölkələrin hava sərhədini PUA-larla pozmasını şərh edib.

M. Əsədullazadə bu PUA uçuşlarının arxasında Rusiyanın olduğunu düşünür:

“Ümumiyyətlə Rusiya-Ukrayna müharibəsi Avropaya qarşı Rusiyanın müharibəsi kimi də etmək olar. Getdikcə Ukraynanın Rusiyaya ciddi zərbələr vurması, Krıma hücumları Rusiyanın Avropa ölkələrinə təzyiq etməsinə gətirib çıxarır. Hesab edilir ki, bununla Avropa ölkələrini qorxuda, Ukraynaya etdikləri dəstəyi kəsməyə məcbur edəcəklər. Norveçin hava limanlarına PUA uçuşları da Rusiya tərəfindən həyata keçirilir. Polşa, Rumıniya, Danimarkaya, Estoniya da Rusiya tərəfindən PUA uçuşları ilə qarşılaşıb. Rusiya konkret olaraq Avropanı müharibə atmosferində saxlamaq istəyir. Proses sadəcə bundan ibarətdir. Rusiyanın məqsədi Avropanı qorxutmaq, öz iradəsini qəbul etdirmək”.

Politoloq qeyd edib ki, Rusiyanın bu cəhdləri Avropa ölkələrini geri çəkilməyə məcbur edə bilməyəcək:

“Təbii ki, Avropa ölkələri geri çəkilməyəcək. Öz mövqelərində israrlı olacaq. Tamamilə bu geosiyasi qarşıdurma fonunda Qərb Rusiyaya qalib gələcək”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa