Rusiya Qaqauziyadakı referendumu da tanıdı

media-hightechnic-468x90

şçmşçmRusiya Dövlət Duması Moldovanın Qaqauziya Muxatar Vilayətində fevralın 2-də keçirilmiş referendumun nəticələrini tanıyıb.

media-banner_tuq

Bu barədə parlamentin Müstəqil Dövlətlər Birliyi ilə iş üzrə komitəsinin rəhbəri Leonid Sluçkiy Komratdan təşrif buyurmuş nümayəndə heyəti ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, Rusiya referendumun pleblistinə çıxarılmış sualların qoyuluşuna hörmətlə yanaşır və düzgün sayır.

Referendumda iştirak edən yerli sakinlərinin sayının çoxluğuna işarə edən Sluçkiy beynılxalq hüquq normaları çərçivəsində Rusiyanın muxtar vilayətə hər cür dəstək göstərməyə hazır olduğunu açıqlayıb.

Öz növbəsində Qaqauziya Xalq Parlamentinin sədri Dmitri Konstantinov vurğulayıb ki, Rusiya ilə əlaqələrin genişlənməsində maraqlıdırlar və  qaqauz dilindən sonra rus dilinə bölgənin ikinci dili kimi hörmətlə yanaşılır(axar.az).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05