!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Qərbin təzyiqlərindən NARAHATDIR – Sızdırılan hesabatda NƏLƏR VAR?

!Reklam – Yazi

Rusiya rəsmiləri hesab edirlər ki, Qərbin təzyiqləri Moskvanın keçmiş sovet respublikalarını öz təsir dairəsinə qaytarmaq və Qlobal Cənubla iqtisadi əlaqələr qurmaq səylərinə mane olur.

Yenicag.az xəbər verir ki, bu barədə “The Financial Times” nəşri Rusiya hökumətindən sızdırılan hesabatı dərc edib.

Məlumata görə, ötən ilin aprelində Baş nazir Mixail Mişustinin rəhbərlik etdiyi strategiya sessiyasında təqdim olunan hesabat Rusiyanın Ukraynadakı müharibəsinin bəzi müttəfiqləri ilə münasibətlərinə necə zərbə vurduğunu əks etdirir.

Sənəddə vurğulanır ki, Qərbin sanksiyaları və iqtisadi təzyiqi Moskva ilə onun əsas ticarət tərəfdaşları arasında fikir ayrılıqları yaradıb. “Moskvanın ambisiyaları” adlı hesabatda qeyd olunur ki, Rusiya ABŞ, Avropa İttifaqı və Çinlə rəqabət aparacaq Avrasiya ticarət blokunun mərkəzinə çevrilməklə qlobal bazarlara çıxışını bərpa etməyə çalışır. Bununla yanaşı, sənəddə Kremlin Ukrayna münaqişəsinə dair Qərblə istənilən danışıqlardan yan keçəcəyi və Rusiyanın “qlobal arenada” mövqeyini möhkəmləndirmək üçün uzunmüddətli strategiyalar həyata keçirdiyi bildirilib.

Hesabatda həmçinin vurğulanır ki, Qərb ölkələri Mərkəzi Asiya dövlətlərini müxtəlif vasitələrlə Rusiyaya qarşı yönləndirməyə nail olublar. Onlar bu ölkələri sanksiyalara riayət etməyə məcbur etməklə yanaşı, Moskvadan yan keçən yeni ticarət marşrutları və bazarlara çıxış imkanı təklif ediblər. Eyni zamanda, bəzi Rusiya müttəfiqləri bu sanksiyalardan faydalanaraq, Rusiya şirkətlərini öz bazarlarından sıxışdırmağa və enerji hasilatını Rusiyadan kənara çıxarmağa çalışırlar.

Analitiklərin fikrincə, Mərkəzi Asiya ölkələri Rusiyanın zəifləməsindən istifadə edərək, Türk Dövlətləri Təşkilatı kimi platformalarda Moskvasız inteqrasiyaya üstünlük verirlər. Hesabatda qeyd olunur ki, bu ölkələr rus dilinin əvəzinə ingilis dilini ikinci dil kimi qəbul edir, Qərb təhsil standartlarına uyğunlaşır və elitalarını Qərbdə təhsil almağa yönəldirlər. Sənədin sonunda isə vurğulanır ki, bu ölkələr gələcəkdə Rusiyaya münasibətdə öz mövqelərini müəyyənləşdirməli olacaqlar.

Rəfi Müslümov

www.yenicag.az

77
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv