Rusiya səfiri Britaniya XİN-ə çağırıldı

media-hightechnic-468x90

Böyük Britaniya Xarici İşlər Nazirliyi (XİN) 2018-ci ilin iyulunda zəhərli maddə ilə təmasda olan Böyük Britaniya vətəndaşı Daun Stargesin ölümü ilə bağlı araşdırmanın dərcindən sonra Rusiya səfiri Andrey Kelini çağırıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, XİN diplomatın çağırılmasının əsas məqsədinin Rusiyanın iddia edilən “Böyük Britaniyaya qarşı düşmənçilik fəaliyyəti” ilə bağlı cavab vermək olduğunu bildirib.

İctimai araşdırmadan əvvəl açıqlanan hesabatda bildirilirdi ki, zəhərli maddənin təsirindən sonra dünyasını dəyişən Starges Solsberi hadisəsinin təsadüfən qurbanı olub, Britaniya hakimiyyəti burada keçmiş QRU polkovniki Sergey Skripala qarşı sui-qəsdin baş verdiyini hesab edir. London sözügedən agentin rus mənşəli Noviçok olduğunu iddia edir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05